Ucnoqta.az
www.ucnoqta.az

Hizbullah İsrail tankını vurduğunu bildirib

10:50 - 18 Oktyabr 2023 tarixində dərc olunub.

Hizbullah Ər-Rahib bölgəsində İsrailin Merkava tankını sıradan çıxardığını bildirib

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, Livanın "Hizbullah" radikal hərəkatı İsrailin şimalındakı Ər-Rahib bölgəsində İsrailə məxsus "Merkava" tankını partladıb.

Qrupun məlumatına görə, tank birbaşa zərbə ilə vurulub və nəticədə bir ekipaj üzvü həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası