Ucnoqta.az
www.ucnoqta.az

Türkmənistan Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır

08:03 - 18 Oktyabr 2023 tarixində dərc olunub.

Türkmənistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və onu daha yüksək səviyyəyə qaldırmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov deyib. 

"Azərbaycan Respublikası sosial-iqtisadi sahədə yeni zirvələrə yüksəlib, həmçinin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində inamla irəliləməkdə davam edir. Biz Türkmənistan və Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Sizinlə birlikdə Türkmənistan-Azərbaycan əməkdaşlığının daha yüksək səviyyəyə qalxması üçün bundan sonra da bütün səyləri göstərməyə hazırıq”, - deyə Türkmənistan rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə Respublikanın Müstəqilliyinin Bərpa Günü münasibətilə təbrikində yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası