Ucnoqta.az
www.ucnoqta.az

ATU-nun tələbəsi vəfat edib - FOTO

22:18 - 16 Oktyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Texniki Universitetinin (ATU) I kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev vəfat edib.

Ucnoqta.az “report”a istinadla xəbər verir ki, hadisə o, universitetə gedərkən baş verib. İlkin ehtimala görə, B.Paşayev ürəktutmasından vəfat edib.

O, bu gün Biləsuvar rayonunun Çinarlı kəndində dəfn olunub.

Müəllif: Ucnoqta.az redaksiyası