Ucnoqta.az
www.ucnoqta.az

Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb - FOTO

18:24 - 16 Oktyabr 2023 tarixində dərc olunub.

Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Müəllif: Ucnoqta.az redaksiyası