Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzada atəşkəs barədə məlumatı təkzib edib

12:31 - 16 Oktyabr 2023 tarixində dərc olunub.

İsrail Qəzza zolağında saat 09:00-dan etibarən humanitar atəşkəs barədə məlumatı təkzib edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi X sosial şəbəkəsində məlumat verib.

“Hazırda Qəzza zolağında əcnəbi vətəndaşların təxliyəsinə icazə verilməsi müqabilində heç bir atəşkəs və ya humanitar atəşkəs yoxdur”, - məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası