Rusiya Silahlı Qüvvələrinin Ukraynada itkiləri artıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məumata görə, son sutkada Rusiya ordusunun daha 970 hərbçisi həlak olub. Bununla da Rusiya ordusunun canlı qüvvə itkilərinin sayı 286890-a çatıb
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 9 tank, 24 zirehli texnika, 26 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 1 təyyarə, 1 PUA, 22 texnika, 4 ədəd xüsusi texnikası məhv edilib.