Ucnoqta.az
www.ucnoqta.az

120-dən çox mülki şəxs HƏMAS əsirliyindədir

08:40 - 14 Oktyabr 2023 tarixində dərc olunub.

Qəzzada 120-dən çox mülki şəxs Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən əsir götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri Qəzzada 120-dən çox dinc sakinin HƏMAS terror təşkilatı tərəfindən əsir götürüldüyünü təsdiqləyib", - deyə məlumatda bildirilir.

Oktyabrın 7-də Qəzza zolağından radikal Fələstin hərəkatının silahlılarının İsrail ərazisinə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.

Müəllif: Ucnoqta.az redaksiyası