Ucnoqta.az
www.ucnoqta.az

Avropa Komissiyası Qəzza ətrafında eskalasiyanın günahkarının adını açıqlayıb

23:13 - 13 Oktyabr 2023 tarixində dərc olunub.

Avropa Komissiyası Qəzza ətrafında eskalasiyanın yeganə günahkarının adını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. Fələstin-İsrail münaqişəsinin qızışmasında yeganə günahkar HƏMAS radikal qruplaşmasıdır.

"HƏMAS-ın hərəkətlərinin Fələstin xalqının qanuni istəkləri ilə heç bir əlaqəsi yoxdur" - o, deyib. AK rəhbəri İsrailin cavabını demokratiya nümayişi adlandırıb. O, yəhudi dövlətinin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.

Fon der Leyenin sözlərinə görə, indi İsraillə həmrəylik nümayiş etdirməyin vaxtıdır.

Müəllif: Ucnoqta.az redaksiyası