Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 3 otaqlı ev yanıb

21:03 - 13 Oktyabr 2023 tarixində dərc olunub.

Sumqayıt şəhərində ümumi sahəsi 180 kvadratmetr olan, birmərtəbəli, 3 otaqlı, mansard tipli evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası