Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada qadın intihar etdi, cinayət işi başlanıldı

10:00 - 13 Oktyabr 2023 tarixində dərc olunub.

Neftçala rayonu, Xəzər kənd sakini 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası