Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Qırğızıstan gedib - FOTO

15:04 - 12 Oktyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasında səfərdədir.

Ucnoqta.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası