Ucnoqta.az
www.ucnoqta.az

Moskva metrosundakı qəzanın səbəbi məlum olub

14:39 - 11 Oktyabr 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, bu gün Moskva metrosunun Lyublinsko-Dmitrovskaya xəttində yerləşən “Peçatniki” stansiyasında qatarın toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, nəqliyyat departamenti qəzanın səbəbini açıqlayıb. Məlumata görə, qatarların toqquşmasına səbəb sürücünün səhvi olub.

Müəllif: Ucnoqta.az redaksiyası