Ucnoqta.az
www.ucnoqta.az

“İsraildə bir Azərbaycan vətəndaşı həlak olub” - XİN

10:53 - 11 Oktyabr 2023 tarixində dərc olunub.

İsraildə HƏMAS-ın hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub.

Bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında üç Azərbaycan yəhudi əsilli şəxs də var.

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.

Müəllif: Ucnoqta.az redaksiyası