Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İsrail sahillərinə ikinci təyyarədaşıyan gəmisini göndərə bilər

22:49 - 10 Oktyabr 2023 tarixində dərc olunub.

ABŞ İsrail sahillərində bir təyyarədaşıyan gəminin kifayət etməyəcəyinə qərar verib

Ucnoqta.az “Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ ikinci təyyarədaşıyan “Dwight Eisenhower”i İsrail sahillərinə göndərə bilər.

Bildirilir ki, qərar Fələstin-İsrail müharibəsi başlamazdan xeyli əvvəl qəbul edilib.

"Dwight Eisenhower" və onun flotiliyasının gələn çərşənbə axşamı İsrail sahillərinə çatacağı bildirilir. Hər iki təyyarədaşıyıcının burada yerləşib-yerləşməyəcəyi məlum deyil.

Müəllif: Ucnoqta.az redaksiyası