Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda yük avtomobili ilə minik maşını toqquşub, ölən var

10:03 - 10 Oktyabr 2023 tarixində dərc olunub.

Abşeronda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, Əfsər Hacıyevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə Ziyad İsmayılovun idarə etdiyi "VAZ 21902" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ziyad İsmayılov xəstəxanada ölüb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası