Ucnoqta.az
www.ucnoqta.az

Məqsədimizə çatdıq, danışıqlara hazırıq - HƏMAS üzvü

08:56 - 10 Oktyabr 2023 tarixində dərc olunub.

Fələstinin radikal HƏMAS hərəkatı İsraildəki əməliyyatının məqsədlərinə nail olub və hazırda istənilən müzakirələrə və siyasi dialoqa açıqdır.

Ucnoqta.az xəbər verir ki, bunu “Əl-Cəzirə” telekanalına müsahibəsində HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.

Əbu Mərzuk hərəkatın danışıqlara açıq olduğunu vurğulayıb.

Xatıqrladaq ki, oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.

Müəllif: Ucnoqta.az redaksiyası