Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə çörəkbişirmə sexində yanğın olub

16:57 - 8 Oktyabr 2023 tarixində dərc olunub.

Balakən şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsinin tavanı 160 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası