Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə bələdiyyə binası yanıb

09:15 - 8 Oktyabr 2023 tarixində dərc olunub.

Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası