Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ" İsveçdən qələbə ilə qayıdır

00:55 - 6 Oktyabr 2023 tarixində dərc olunub.

UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunları start götürüb.

Ucnoqta.az xəbər verir ki, "Qarabağ" İsveçdə "Hakken"lə qarşılaşıb.

“Ullevi” stadionunda baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Oyun "Qarabağ"ın üstünlüyü ilə keçib. İlk hissədə hesab açılamyıb. 

İkinci hissənin 70-ci dəqiqəsində Juninyo meydan sahiblərini məyus edib 0:1.

Oyun bu hesabla da başa çatıb.

5 oktyabr

UEFA Avropa Liqası

H qrupu

23:00."Hekken" (İsveç) - "Qarabağ" (Azərbaycan) - 0:1 

Qol: Juninyo, 70 (0:1)

Baş hakim: Sebastian Qishamer (Avstriya)

Müəllif: Ucnoqta.az redaksiyası