Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gecə klubunda qadın bıçaqlandı

09:31 - 3 Oktyabr 2023 tarixində dərc olunub.

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən "Palermo" gecə klubunda baş verib.

Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü qadını bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Cavanşir Əliyev tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası