Ucnoqta.az
www.ucnoqta.az

Çinin şərqində təyyarə qəzaya uğrayıb

15:34 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

Çinin şərqindəki Anhuy əyalətində göyərtəsində sərnişinlərin olduğu təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Penpai informasiya portalı məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə oktyabrın 1-də baş verib. Təyyarə Anhui Jinying uçan klubuna məxsus olub.

Zərərçəkənlər və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası