Ucnoqta.az
www.ucnoqta.az

BMT missiyası Qarabağa gəldi

10:26 - 1 Oktyabr 2023 tarixində dərc olunub.

BMT-nin missiyası Qarabağa gəlib.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Müəllif: Ucnoqta.az redaksiyası