Ucnoqta.az
www.ucnoqta.az

Növbəti tibbi yardım briqadası Xankəndinə yola düşüb

21:05 - 30 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

"Report" xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Müəllif: Ucnoqta.az redaksiyası