Ucnoqta.az
www.ucnoqta.az

Binəqədidə TIR aşdı - VİDEO

18:53 - 26 Sentyabr 2023 tarixində dərc olunub.

Binəqədi qəsəbəsində yol qəzası baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Qəsəbə ərazisində çoxtonnajlı yük avtomobili (TIR) aşıb.

Hadisə nəticəsində qəsəbə daxilində nəqliyyatın hərəkətində çətinlik yaranıb. TIR-ı qaldırmaq üçün əraziyə kran cəlb edilib.

Müəllif: Ucnoqta.az redaksiyası