Ucnoqta.az
www.ucnoqta.az

İrəvanın mərkəzində kütləvi etiraz aksiyası başlayıb

19:00 - 24 Sentyabr 2023 tarixində dərc olunub.

İrəvanın mərkəzində kütləvi etiraz aksiyası başlayıb. 

Ucnoqta.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.

Meydanda mindən çox insan var, insanlar ərazini doldurmağa davam edir. 

Hökumət binasının girişini bir neçə cərgədə dayanan polis qoruyur.

Müəllif: Ucnoqta.az redaksiyası