Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasında yanğın olub

17:56 - 21 Sentyabr 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ucnoqta.az redaksiyası