Ucnoqta.az
www.ucnoqta.az

Hacı Əliyev 1/4 finala yüksəldi

16:52 - 18 Sentyabr 2023 tarixində dərc olunub.

Güləşçimiz Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Ucnoqta.az xəbər verir ki, Hacı Əliyev monqolustanlı Tulqa Tumur Oçirə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək 1/4 finala yüksəlib.

Müəllif: Ucnoqta.az redaksiyası