Ucnoqta.az
www.ucnoqta.az

Bu il bəzi bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşüb - Umayra Tağıyeva

10:50 - 18 Sentyabr 2023 tarixində dərc olunub.

Bu il ölkəmiz ən çox sel, daşqın hadisələri ilə üzləşib. Ölkə miqyasında 140-dan çox hadisə baş verib.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.

O bildirib ki, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir: "Bəzi bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi də müşahidə olunmur".

Müəllif: Ucnoqta.az redaksiyası