Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 3 otaqlı ev yanıb

09:56 - 17 Sentyabr 2023 tarixində dərc olunub.

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası