Ucnoqta.az
www.ucnoqta.az

"Qarabağ"ın oyununa biletlər satışa çıxarılır

23:31 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

Misli Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah saat 11:00-dan iticket.az-da satışa çıxarılacaq.

Ucnoqta.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabahdan etibarən iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası