Ucnoqta.az
www.ucnoqta.az

Şahruddin Qurban Qurbanova təşəkkür etdi - FOTO

12:54 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

“Qarabağ”ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyev klubun baş məşqçisi Qurban Qurbanova təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib.

Şahruddin paylaşımında bu sözləri yazıb:

“Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, hoca. Allah sizdən razı olsun”.

Müəllif: Ucnoqta.az redaksiyası