Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ

12:03 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Şəki DYP-nin rəisi vəzifəsinə Ramid Eyvazov təyinat alıb.

Qeyd edək ki, R. Eyvazov bundan əvvəl Qobustan DYP-nin rəisi işləyib.

Müəllif: Ucnoqta.az redaksiyası