Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda bağ evindən külli miqdarda oğurluq edilib

11:24 - 13 Sentyabr 2023 tarixində dərc olunub.

Sumqayıtda bağ evindən külli miqdarda pul oğurlanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən 90.000 manat pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini Məhəbbət Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası