Ucnoqta.az
www.ucnoqta.az

Qoyunu klonlaşdıran alim vəfat edib

19:59 - 11 Sentyabr 2023 tarixində dərc olunub.

İlk klonlaşdırılmış məməli heyvanı - Dolli Qoyunu yaradan komandaya rəhbərlik edən şotland alim Yan Vilmut 79 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News yazıb.

"O, Dolly qoyununu - yetkin hüceyrədən klonlanan ilk məməlini - klonlaşdıran Roslin İnstitutunun komandasına rəhbərlik edərək elm dünyasının titanı idi. Bu, dövrün elmi təfəkkürünü dəyişdirdi".

Klonlaşdırılmış qoyun Dolli 5 iyul 1996-cı ildə anadan olub. 

Müəllif: Ucnoqta.az redaksiyası