Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada ümumi itkiləri açıqlanıb

10:35 - 11 Sentyabr 2023 tarixində dərc olunub.

Son sutkada Ukrayna müdafiə qüvvələri daha 580 rus hərbçisini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, həmçinin 6 tank, 12 zirehli döyüş maşını, 28 artilleriya sistemi, 35 əməliyyat-taktiki PUA da məhv edilib.

Rusiyanın tammiqyaslı işğalın başlandığı gündən bu gün səhər saatlarına olan ümumi döyüş itkiləri sentyabrın 11-nə təxminən 269 min 210 nəfər təşkil edib.

O cümlədən: tanklar - 4 min 560 (+6) ədəd, zirehli döyüş maşınları - 8 min 767 (+12), artilleriya sistemləri - 5 min 839 (+28), MLRS - 760, hava hücumundan müdafiə sistemləri - 512 (+3), təyyarə - 315, helikopterlər - 316, əməliyyat-taktiki PUA-lar - 4 min 628 (+35), qanadlı raketlər - 1 min 455, gəmilər/qayıqlar - 19, avtomobil texnikası və yük maşınları - 8 min 370 (+32), xüsusi texnika – 877 (+5).

Müəllif: Ucnoqta.az redaksiyası