Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda 43 yaşlı kişi bıçaqlanıb

12:28 - 9 Sentyabr 2023 tarixində dərc olunub.

Sentyabrın 9-da səhər saatlarında 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası