Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 3 otaqlı ev yanıb

20:19 - 8 Sentyabr 2023 tarixində dərc olunub.

Cəlilabad rayonunun Komanlı kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası