Ucnoqta.az
www.ucnoqta.az

Lənkəran sakini intihar edib

18:06 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Lənkəran rayonunun Viyən kəndində orta yaşlı kişi özünü asıb.

"Report"un məlumatına görə, kənd sakini Cəfərov Cəfər Rafael oğlu atasının yaşadığı evdə özünə qəsd edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası