Ucnoqta.az
www.ucnoqta.az

Hindistanın kosmik stansiyası Yerin ilk fotoşəkillərini göndərib

14:54 - 7 Sentyabr 2023 tarixində dərc olunub.

Hindistanın Günəşi tədqiq etmək üçün göndərilən robot-kosmik stansiyası Aditya-L1 Yerin, Ayın ilk fotoşəkillərini, həmçinin bort kamerası ilə çəkilmiş öz fotoşəkillərini geri göndərib.

Ucnoqta.az xəbər verir ki, birincisini Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) sosial şəbəkədəki X səhifəsində yerləşdirib.

Günəş-Yer L1 nöqtəsinə göndərilən Aditya-L1 Yer və Ayın selfi və şəkillərini çəkib.

Müəllif: Ucnoqta.az redaksiyası