Ucnoqta.az
www.ucnoqta.az

Kiyevə raket hücumu - partlayışlar olub

07:52 - 6 Sentyabr 2023 tarixində dərc olunub.

Ukrayna mediası Kiyevdə partlayışlar barədə məlumat yayıb

Ucnoqta.az xəbər verir ki, şəhər meri Vitali Kliçko Kiyevdə hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirib.
O, sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Kiyevdəki partlayışlar hava hücumundan müdafiə sisteminin işi ilə bağlıdır.

Artıq 1,5 saatdır ki, paytaxtda hava reyd rejimi işləyir.

Müəllif: Ucnoqta.az redaksiyası