Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın itkiləri 265 mini ötdü

10:23 - 5 Sentyabr 2023 tarixində dərc olunub.

Ukraynada son sutkada Rusiya ordusunun daha 560 hərbçisi həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, 24 fevral 2022-ci il tarixindən 5 sentyabr 2023-cü il tarixədək düşmənin ümumi döyüş itkiləri təxminən 265 min 680 nəfər təşkil edib.

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya Ordusunun 9 tank, 7 zirehli döyüş maşını, 38 artilleriya sistemləri, 6 MLRS/MLRS, 1 hava hücumundan müdafiə sistemləri, 31 əməliyyat-taktiki PUA-lar, 26 nəqliyyat vasitələri məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası