Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kollec yataqxanasında yanğın olub

11:02 - 4 Sentyabr 2023 tarixində dərc olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub.

Ucnoqta.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası