Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada müharibədə iştirak üçün ermənilərə 5140 dollar təklif olunur -

15:12 - 3 Sentyabr 2023 tarixində dərc olunub.

Rusiya miqrantları və qonşu dövlətlərin vətəndaşlarını müharibəyə cəlb etməyə çalışır

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin avqustun 3-də X (Twitter) səhifəsində dərc olunmuş gündəlik hesabatında deyilir. Rusiyada Mərkəzi Asiyadan gələn altı milyona yaxın miqrant yaşayır. Ukraynaya qarşı müharibədə iştiraka görə əcnəbilərə 4 min dollardan çox maaş təklif edilir.

Qeyd edilir ki, Ermənistan və Qazaxıstanda internetdə reklamlar yerləşdirilib, ona əsasən vətəndaşlara ilkin ödənişdə 5140 dollar, 1973 dollardan isə maaş təklif olunub. Rusiya Federasiyası Qazaxıstanın şimalındakı Kostanay vilayətindəki etnik ruslara da müraciət edib.

Bundan əlavə, may ayından Rusiya Federasiyası Mərkəzi Asiyadan Ukraynaya qarşı müharibəyə miqrantları cəlb etməyə çalışır. Onlara sürətlə Rusiya vətəndaşlığını alacaqları və 4160 dollar və ya daha çox əmək haqqı vəd edilmişdi.

Britaniya kəşfiyyatı Donetsk vilayətinin müvəqqəti işğalı altında olan Mariupolda rus hərbçilərinin özbək miqrant inşaat işçilərinin pasportlarını əlindən aldığını, nəticədə onlar Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulmağa məcbur olduqlarını bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası