Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb

07:58 - 2 Sentyabr 2023 tarixində dərc olunub.

Oğuzda qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb

Ucnoqta.az xəbər verir ki, hadisə Oğuz rayonunun Bayan kəndində baş verib.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Nuranə keçmiş həyat yoldaşı Goranboy rayon sakini tərəfindən bıçaqlanıb.

N. Məmmədova ağır vəziyyətdə Şəki Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası