Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan neftinin qiyməti artıb

10:38 - 1 Sentyabr 2023 tarixində dərc olunub.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti artıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,57 ABŞ dolları, yaxud 1,75 % artaraq 91,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası