Avstraliya və Şərqi Timor əsgərləri “Predator's Run” beynəlxalq təlimi zamanı Bushmaster zirehli avtomobilinin qəzaya uğraması nəticəsində yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, yaralılar Darvin xəstəxanasına aparılıb.
Məlumata görə, səkkiz əsgər yaralanıb. Onların hamısına tibbi yardım göstərilib, yaralananlar Darvin xəstəxanasına aparılıb.