Ucnoqta.az
www.ucnoqta.az

8 Noyabr prospektində qəza olub -  FOTO

18:11 - 29 Avqust 2023 tarixində dərc olunub.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsində qeydə alınıb. Hazırda Zığ şosesi istiqamətində sıxlıq var. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları hadisə yerindədirlər.

 

Müəllif: Ucnoqta.az redaksiyası