Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə maşın 40 yaşlı qadını vuraraq öldürdü

16:22 - 29 Avqust 2023 tarixində dərc olunub.

Gəncədə piyadanı maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Firuzə Babayevanı vurub. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası