Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə "Opel" qadını vurub

14:27 - 29 Avqust 2023 tarixində dərc olunub.

Gəncədə qadını maşın vurub.

Ucnoqta.az xəbər verir ki, hərəkətdə olan "Opel " markalı avtomobil yolu keçmək istəyən 30-40 yaş arasında olan qadını vurub.Qadın sürücü tərəfindən xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası