Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb

10:53 - 29 Avqust 2023 tarixində dərc olunub.

Cəlilabadda yeni doğulmuş körpə evdə ölüb.

Bu barədə Ucnoqta.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi körpə avqustun 28-də yaşadığı evdə ölüb.

Faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası